“Bavariya”nın 2 futbolçusu sıradan çıxdı

Almaniyanın “Bavariya” klubu iki ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçuları – Leon Qoretska və Niklas Süle sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə matçında sıradan çıxıb. Qoretska və Sülenin son durumu tibbi müayinədən sonra bilinəcək.

“Bavariya” – PSJ matçı qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button