Xorvatiya millisinin üzvü “Bavariya”da – Rəsmi
Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “İnter”dən İvan Perişiçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Bavariya” 30 yaşlı yarımmüdafiəçini satınalma hüququ ilə birlikdə 1 illik icarəyə götürüb.
İcarənin detalları açıqlanmasa da, Almaniya mətbuatının xəbərinə görə, “Bavariya” xorvat oyunçu üçün “İnter”ə 5 milyon avro icarə haqqı ödəyib. Münhen klubu mövsümün sonunda 20 milyon avro ödəməklə Perişiçin transfer hüquqlarına sahib ola bilər.
2015-ci ildən “İnter”də çıxış edən Perişiç, Xorvatiya millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin