“Bavariya” hücumçusunu icarəyə verdi – rəsmi
Almaniyanın “Bavariya” klubu futbolçusu Coşua Zirkzini icarəyə verib.
Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu “Anderlext”ə keçib. Bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb. Zirkzi 2021/2022 mövsümünü icarə əsasında Belçika klubunda keçirəcək.
Niderlandlı futbolçu “Bavariya” ilə Bundesliqada ümumilikdə 12 oyuna çıxıb və 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin