“Bavariya”dan Camala təklif – illik 5,5 milyon avro qazanacaq

Almaniyanın “Bavariya” klubu futbolçusu Camal Musialanın müqaviləsini yeniləməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi 17 yaşlı yarımmüdafiəçiyə yeni – müddəti 2026-cı ilə qədər olan sözləşmə təklif edib. Bu barədə “The Guardian” nəşri məlumat yayıb. Musialanın yeni müqavilədəki illik məvacibi 5,5 milyon avro olacaq.

İngiltərənin U-21 milli komandasının üzvü olan yarımmüdafiəçi 2019-cu ilin yayında “Çelsi”nin akademiyasından 1 milyon avro qarşılığında “Bavariya”ya keçmişdi. Gələcəyin ulduzlarından hesab olunan Camalın “transfermarkt”da dəyəri 24 milyon avrodur. Yarımmüdafiəçinin “Bavariya” ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Musiala bu mövsüm Bundesliqada 15 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button