İsveçrə millisinin üzvü karyerasını bitirir

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Jelson Fernandes Bundesliqada mövsüm başa çatdıqdan sonra karyerasını bitirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə “tvitter” hesabında məlumat yayıb. Fernandes, “Ayntraxt”la mövsümün sonuna qədər olan müqaviləsi bitdikdən sonra karyerasını bitirəcəyini deyib.

67 dəfə də İsveçrə milli komandasında forma geyinən Fernandes, “Sportinq”, “Lester”, “Sent-Etyen”, “Frayburq” kimi klublarda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button