Baş məşqçini yıxan kapitana ağır cəza
Almaniyanın “Ayntraxt” klubunun futbolçusu David Abraham cəzalandırılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin Bundesliqanın 11-ci turunun “Frayburq”la matçında rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması olub. Epizoddan sonra görüşün baş hakimi Abrahamı meydandan qovub.
Frankfurt təmsilçisinin kapitanı bu davranışına görə 7 oyunluq cəza alıb, eyni zamanda, 25 min avro da cərimələnib.
“Frayburq” – “Ayntraxt” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin