“Barselona” 17 yaşlı yarımmüdafiəçi ilə razılaşdı
Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun futbolçusu Fabio Blanko karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Barselona” klubu ilə razılaşıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona” Blanko və klubu “Ayntraxt”la razılıq əldə edib. Kataloniya təmsilçisi ispan futbolçu ilə 2,5 illik müqavilə imzalayacaq.
Blanko “Barselona”nın B komandasında çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin