
Ançelotti Kroosa söz verib
“Real” yarımmüdafiəçisi Toni Kroosla müqaviləni uzadacaq.
Komanda.az “TodoFichajes”-yə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti alman futbolçuya oyun müddətinin çox olacağı ilə bağlı söz verib. Bildirilib ki, bu ayın 4-də 34 yaşını qeyd edəcək futbolçu ilə 1+1 illik yeni müqavilə imzalanacaq.
Kroos 2014-cü ilin yayından Madrid təmsilçisində çıxış edir. O, 2023/2024 mövsümündə 23 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin