Leno Almaniya millisinə qoşulmaqdan imtinasının səbəbini açıqladı
“Fulhem”in qapıçısı Bernd Leno oktyabrdakı təlim-məşq toplanışı üçün Almaniya millisinə getməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu oynamayacağı üçün bu qərarı verib:
“Onlar mənə dedilər ki, mənim heç bir oyun vaxtım olmayacaq. Ona görə də, Londonda məşq etmək qərarına gəldim. Yulian Naqelsmann bilir ki, onlar mənə ehtiyac duyduqlarında, komandaya həqiqətən kömək edə bildiyim zaman mən həmişə oradayam”.
Almaniya millisi bu ay Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovina (11 oktyabr) və Niderland (14 oktyabr) yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin