Türkiyə millisinin “sükan”ı almana tapşırıla bilər
Almaniyalı mütəxəssis Ştefan Kunts futbol üzrə Türkiyə milli komandasında baş məşqçilik edə bilər.
Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) nümayəndələri 58 yaşlı mütəxəssislə ilkin razılığa gəlib. Bu barədə “Sabah” nəşri məlumat yayıb.
Kunts hazırda Almaniyanın U-23 yığmasını çalışdırır.
Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş sentyabrın 10-da istefaya göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin