10 milyon avro istəyir – “Bayern” razılaşmır

Almaniyalı müdafiəçi Niklas Süle mövsümün sonunda “Bayern”i tərk edəcək.

Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Münhen təmsilçisi ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyib və komandadan ayrılmaq istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Süle “Bayern”dən illik 10 milyon avro maaş tələb edir. Bundesliqa klubu isə bu tələbi qarşılamaq fikrində deyil.

Süle 2022-ci ilin yayına qədər müddəti olan müqaviləsini yeniləməyəcək və klubu tərk edəcək.

Almaniya yığmasının da üzvü olan müdafiəçi bu mövsüm “Bayern”lə 25 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button