Almaniyalı məşqçi Moskva “Lokomotiv”indən ayrıldı

Rusiyanın “Lokomotiv” (Moskva) komandasının baş məşqçisi Markus Gisdol istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

53 yaşlı məşqçinin istefasına Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəb olub. Gisdolu bu vəzifədə Marvin Komper əvəzləyib. O, müvəqqəti olaraq komandaya rəhbərlik edəcək.

Gisdol 2021-ci ilin oktyabrında “Spartak”ın sükanı arxasına keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button