
Almaniyalı hakim ciddi zədə alıb
Bundesliqa matçında almaniyalı referi Feliks Brixin dizində çarpaz bağ yırtılıb.
Komanda.az Almaniya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Brix Almaniya çempionatının 12-ci turunun “Ayntraxt” – “Ştutqart” matçında (1:2) zədələnib. Hakim birinci hissəni başa vurub, sonra onu dördüncü hakim Patrik Şvenqers əvəz edib.
Brix Almaniyada keçiriləcək AÇ-2024-ü qaçırma riski ilə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin