Almaniyalı futbolçunun “Atalanta” arzusu
“Union”un (Berlin) müdafiəçisi Robin Qosens transfer pəncərəsi bitməmiş komandasını tərk etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Torino” almaniyalı futbolçunun xidmətində maraqlı olsa da, Turin klubunun nümayəndələrinin təklif etdiyi layihə onu qane etməyib.
Qosens daha əvvəl karyerasının ən yaxşı dövrünü nümayiş etdirdiyi “Atalanta”ya qayıtmağı xəyal edir. 30 yaşlı futbolçu A Seriyasında bir mövsüm yarım “İnter”də də çıxış edib.
O, ötən mövsüm Bundesliqada 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin