Kimmix “Bayern”i Premyer Liqa klubuna dəyişmək fikrindədir

Coşua Kimmix bu yay “Bayern”i tərk edə bilər.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Mançester Siti”yə keçmək və Pep Qvardiolanın rəhbərliyi altında oynamaq fikrindədir. İspaniyalı çalışdırıcı Münhen təmsilçisinə başçılıq edəndə Kimmixlə yolları kəsişmişdi.

Almaniyalı yarımmüdafiəçinin “Bayern”lə müqaviləsi növbəti mövsümün sonuna kimidir və o, gələcəklə bağlı qərarını Avropa çempionatından sonra verəcək.

Əvvəllər Kimmixin adı Avropanın digər klubları, xüsusən də, “Barselona” və “Real”la yanaşı hallanırdı. O, 2015-ci ilin yayından “Bayern”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button