
Almaniyalı futbolçu İtaliya klubunda
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Hollandiyanın “Qroningen” klubundan Yulian Şabonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı almaniyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Transferin maliyyə detalları barədə isə heç bir məlumat verilmir.
Almaniyanın “Leyptsiq” klubunun yetirməsi olan Şabo, peşəkar karyerasına Hollandiyanın digər təmsilçisi “Sparta”da başlayıb. O, “Qroningen”ə 2018-ci ildə transfer olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin