“Borussiya”dan ayrıldı – İngiltərə klubu ilə danışmağa getdi

Dortmund “Borussiya”sının hücumçusu Niklas Fullkruq tezliklə komandasını dəyişməlidir.

Komanda.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı forvard bu gün Dortmund klubunun rəhbərliyindən icazə alaraq, düşərgəni tərk edib.

Fullkruq, “Borussiya”nın onun üçün tələb etdiyi 30 milyon avronu ödəməyə hazır olan “Vest Hem”lə danışıqlara gedəcək. O, müqavilə baş tutsa, yeni klubunda mövsümə 3 milyon avro maaş alacaq.

Fullkruq ötən mövsüm Bundesliqada 31 matçda meydana çıxıb, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button