“Borussiya”da yeni futbolçu – Rəsmi
Dortmund “Borussiya”sı “Brayton”dan yarımmüdafiəçi Paskal Qrossun transferini rəsmən açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Nuri Şahinin baş məşqçisi olduğu klubla 2026-cı ilə qədər olan müqavilə imzalayıb.
Dortmund klubu 33 yaşlı yarımmüdafiəçini bir neçə aydır ki, almağa çalışırdı, lakin onlar bu yaxınlarda “Brayton”la razılığa gələ bilib. “Borussiya” yarımmüdafiəçi üçün təxminən 10 milyon avro ödəyib.
Qross əvvəllər Bundesliqada “İnqolştadt” və “Hoffenhaym” komandalarında çıxış edib. O, İngiltərə Premyer Liqasının son mövsümündə 4 qol vurub, 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin