Almaniyalı futbolçu Fliklə görüşəcək – Gələcəyini müzakirə edəcək
“Barselona” yarımmüdafiəçisi İlkay Gündoğanla yollarını ayıra bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu komandadakı rolunu dəqiq başa düşmür və tezliklə baş məşqçi Hans-Diter Fliklə görüşərək, gələcəyini müzakirə edəcək.
Gündoğan “Barselona”dan ayrılmağa meyllidir. Onun Almaniya, İtaliya, Türkiyə və Səudiyyə Ərəbistanında oynamaq imkanları var. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 15 milyon avrodur.
33 yaşlı futbolçu ötən mövsüm La Liqada 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin