“Bayern”lə “Çelsi”nin hədəfindəki futbolçu

“Atletiko”nun yarımmüdafiəçisi Pablo Barriosla Avropanın iki böyük klubu maraqlanır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu “Bayern” və “Çelsi” heyətinə qatmaq istəyir.

Hər iki klub yarımmüdafiəçi üçün 70 milyon avro təklif etməyə hazırdır. Barriosun müqaviləsində 100 milyon avro məbləğində sərbəst qalma bəndi var. Onun “Atletiko” ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

İspaniyalı oyunçu bu mövsüm Madrid klubunun heyətində 24 matçda iştirak edib, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button