Almaniyadan 3 “elçi”si var – Fransalı futbolçunun
“Lion”un yarımmüdafiəçisi Rayan Şerkiyə Almaniya Bundesliqasından böyük tələbat var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun transferində üç top-klub maraqlıdır. “Bayern”, Leverkuzen “Bayer”i və Dortmund “Borussiya”sı Şerki uğrunda mübarizə aparacaq. “Lion” onu mövsümün sonunda 22,5 milyon avroya satmağa hazırdır.
21 yaşlı yarımmüdafiəçi bu mövsüm “Lion”un heyətində 21 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin