“Almaniyadakı kimi xoşbəxt deyiləm” – PSJ-nin futbolçusu
PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasından danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fransalı forvard PSJ-də “Ayntraxt”da (Frankfurt) olduğu kimi xoşbəxt olmadığını etiraf edib:
“Almaniyada özümü güvəndə hiss edirdim, ona görə də meydanda xoşbəxt idim. Mənə yalnız xoşbəxt və inamlı olmaq lazımdır. Və hər şey saat kimi işləyəcək. Bu gün mən xoşbəxtəm. Amma Almaniyadakı kimi xoşbəxt deyiləm”.
Fransalı hücumçu ötən yay PSJ-yə keçib. O, 27 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin