Naqelsmanndan Portuqaliya ilə vacib matçdan əvvəl açıqlama

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann UEFA Millətlər Liqasının Portuqaliya yığmasına qarşı keçiriləcək yarımfinal oyunu üçün start heyətinin əksər hissəsini artıq müəyyənləşdirdiyini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı futbolçulara hələ məlumat verilmədiyini söyləyib:

“Artıq heyətdəki 11 oyunçudan 9-nun yerini dəqiqləşdirmişəm. Bir neçə qərar qalıb. Futbolçulara hələ məlumat verilməyib, amma məşqləri diqqətlə izləyənlər start heyətində olub-olmayacaqlarını təxmin edə bilərlər.

Almaniyada keçirilən ev oyunu bizim üçün əlavə üstünlüyə çevrilə bilər. Bu cür vəziyyət Avropa çempionatını xatırladır və əlavə motivasiya verir”.

Almaniya – Portuqaliya qarşılaşması bu gün Münhendə keçiriləcək. Oyunun start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button