Sabiq dünya çempionu karyerasını bitirdi – 32 yaşında

Almaniya yığmasının sabiq üzvü Kevin Qrosskroyts karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. Yarımmüdafiəçi futbolçu karyerasını sonlandırdığını bildirib.

Kevin Almaniya yığması ilə DÇ-2014-ün qalibi olub. 2009-2015-ci illər aralığında Dortmund “Borussiya”sında çıxış edən yarımmüdafiəçinin son klubu Almaniya “Uerdingen”i olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button