Almaniya yığmasının hücumçusu Bundesliqada klubunu dəyişdi

“Köln” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər vrir ki, sözügedən klub “Volfsburq”dan Almaniya millisinin hücumçusu Luka Valdşmidti icarəyə götürüb.

27 yaşlı forvard növbəti mövsümün sonuna kimi məhz bu klubun uğurları üçün çalışacaq. Valdşmidt “Volfsburq”da 37 oyuna 6 qol vurub. O, Almaniya milli komandasında da 7 oyuna çıxıb, 2 qola imza atıb.

“Köln” Tunisdən olan yarımmüdafiəçisi Elyes Skhiri və İsveçdən olan hücumçusu Sebastyan Anderssonla da yollarını ayırıb. Yerli futbolçulardan isə qapıçı Timo Horn və müdafiəçi Yonas Hektor komandanı tərk ediblər.

“Köln” Slovakiyadan olan hücumçusu Andrey Dudanı da İtaliyanın “Verona” klubuna satıb – 2.5 milyon avroya. Bundesliqa təmsilçisi 28 yaşlı oyunçunu bu ilin yanvarında İtaliya klubuna icarəyə vermişdi. Duda “Verona”da 15 oyun keçirib. Onun “Köln” karyerası isə 88 oyun və 11 qoldan ibarətdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button