Löv Almaniya millisindən ayrılacağı vaxtı açıqladı – rəsmi
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv vəzifəsindən ayrılacağı vaxtı açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Löv, 2021-ci ildə keçiriləcək Avropa çempionatından sonra millidəki işindən ayrılacağını bildirib.
Löv, 2006-cı ildən Almaniya yığmasını çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin