Almaniya və İtaliya nəhəngləri danimarkalı üçün yarışacaq
“Bayern” “Atalanta”nın hücumçusu Rasmus Hoylundla maraqlanır.
Komanda.az “Footmercato” nəşrinə istinadən xəbər verir ki, danimarkalı futbolçunun özü də klubunu dəyişməyə razıdır. “Bayern” onu transfer etmək üçün “Yuventus”la yarışacaq. Turin təmsilçisi onu Duşan Vlahoviçin əvəzləyicisi kimi görür.
Ehtimal olunur ki, Bundesliqa klubunun yeni baş məşqçisi Tomas Tuxel 20 yaşlı futbolçunun keçidini rəsmiləşdirmək üçün səy göstərəcək.
Danimarka milli komandasının üzvü 2022-ci ilin yayından Berqamo təmsilçisində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Hoylund cari mövsümdə “Atalanta”nın heyətində bütün turnirlər daxil olmaqla 25 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin