Van Dayk üçün Bundesliqa və La Liqa variantları

Yayda “Liverpul”la müqaviləsi başa çatacaq Vircil van Daykın karyerasını Avropada davam etdirmək üçün iki variantı var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi ilə “Real” və “Bayern” maraqlanır.

Hər iki klub 33 yaşlı futbolçunun müqaviləsi bu ilin iyununda başa çatacağı üçün onu azad agent kimi transfer etməyə ümid edir. O, 2018-ci ilin yanvarından “qırmızılar”da çıxış edir. Onun transfer dəyəri 28 milyon avrodur.

Van Dayk bu mövsüm Premyer Liqada 27 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button