
Malik Almaniya klublarının transfer hədəfinə çevrilib
“Milan”ın müdafiəçisi Malik Tiav Almaniya Bundesliqasının top-klublarının maraq dairəsinə düşüb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Bayern” və Leverkuzen “Bayer”i maraqlanır.
“Milan” futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir. Ancaq “transfermarkt” portalında onun bazar dəyəri 20 milyon avro göstərilir. Malik İtaliyaya transfer olunmazdan əvvəl “Şalke”də çıxış edib.
Almaniyalı futbolçu hazırkı mövsümdə “Milan”ın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



