Almaniya şirkətindən “Barselona”ya 100 milyon avroluq təklif
“Barselona” texniki sponsorunu dəyişmək barədə düşünməyə davam edir. Hazırda kataloniyalıları ABŞ brendi “Nike” təchiz edir, lakin Almaniya şirkəti “Puma” kluba 100 milyon avroluq imza bonusu təklif edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Puma”nın belə bir təklifi “Barsa”nın xeyrinə ciddi arqumentə çevrilə bilər. İspaniya mətbuatı bununla bağlı belə yazıb:
“Puma”nın belə bir təklifi onların xeyrinə ciddi arqumentə çevrilə bilər. Hazırda “Barselona” “Nike”dan mövsümdə 85 milyon avro alır, daha 25 milyon avro isə bonus olaraq verilir. Eyni zamanda, Amerika şirkəti müəyyən hədəflərin yerinə yetirilməməsinə görə cərimələr sistemi təqdim edib. “Puma”, öz növbəsində, imza bonusuna əlavə olaraq, illik sabit məbləği 120 milyon avro ödəməyə hazırdır”.
“Barselona” rəhbərliyi “Puma” ilə əməkdaşlığa meyilli olsa da, “Nike” nümayəndələrindən yekun, təkmil təklif gözləyir.
Bizi Facebook-da izləyin