Azərbaycan millisinin sabiq üzvü ən dəyərli futbolçular arasında
Almaniya Regional Liqasının ən bahalı futbolçuları məlum olub.
Komanda.az “reviersport.de” saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan milli komandasının sabiq üzvü Rüfət Dadaşov da yer alıb.
“Şalke”nin əvəzedici komandasında çıxış edən hücumçunun dəyəri 200 min avro göstərilib. Dadaşov 8 futbolçu ilə birlikdə 9-16-cı yerləri bölüşdürür.
Regional Liqanın ən bahalı futbolçusu “Köln”ün əvəzedici komandasının hücumçusu Tim Lemperledir. 19 yaşlı oyunçunun dəyəri 1 milyon avrodur.
Rüfət Dadaşov bu mövsüm “Şalke”nin əvəzedici komandası ilə 14 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin