“Almaniya pasportu olan bütün futbolçuları diqqətdə saxlamalıyıq” – Naqelsmann
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Real”ın yarımmüdafiəçisi Toni Kroosun yenidən milliyə qayıtmasını istisna etməyib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis Krossun milliyə qayıtma ehtimalının olduğunu bildirib:
“Almaniya pasportu olan bütün futbolçuları diqqətdə saxlamalıyıq. Məncə, Kroos görkəmli insandır, o, çox ağıllıdır. Futbolda bir çox məsələlərdə öz dürüst fikrini verir. Onunla fikir mübadiləsi aparmaq mənə maraqlı gəlir. Bu məsələni müzakirə etmişik? Xeyr, biz ümumiyyətlə millidən danışmamışıq. Daha yaxşı çıxış etsə, bəlkə, ona yenidən zəng edərəm. Bu, onun nəticələrindən, özündən və bir çox başqa şeylərdən asılıdır”.
Kroos bu mövsüm “kral klubu”nun heyətində 14 matçda iştirak edib, 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin