
Almaniya millisinin üzvü “Borussiya”da
Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni transferini reallaşdırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dortmundlular “Ştutqart”ın müdafiəçisi Valdemar Antonla anlaşıb.
27 yaşlı futbolçu ilə 2028-ci ilə qədər sözləşmə imzalanıb.
Almaniya millisinin üzvü olan Anton AÇ-2024-də Danimarka və İspaniya yığmalarına qarşı görüşlərdə mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin