AÇ-2024: “Mənə elə gəlir ki, Avropa çempionu ola bilərik”
“Real”ın müdafiəçisi Antonio Rüdiger Almaniya millisinin qarşıdan gələn Avropa çempionatındakı perspektivlərindən danışıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, millinin nəticə əldə edəcəyini gözlədiyini söyləyib:
“Komandamızın nəticə əldə edəcəyini gözləyirəm. Ən son yoldaşlıq oyunlarımıza baxın. Mənə elə gəlir ki, Avropa çempionu ola bilərik. Ancaq bir neçə ay əvvəl hər şey bərbad idi”.
2024-cü il Avropa çempionatının final mərhələsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Oyunlar 10 şəhərin 10 stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin