Almaniya millisinin futbolçusu əməliyyat olunub

“Bayern”in və Almaniya millisinin üzvü Leroy Sane zədə səbəbindən əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

“Almaniya millisi Avropa çempionatından kənarlaşdırıldıqdan sonra Leroy Sane bazar ertəsi Münhendə qasıq nahiyəsindən əməliyyat olunub. “Bayern”in futbolçusu ötən mövsüm ağrılar keçirmişdi. 28 yaşlı futbolçu uğurlu əməliyyatdan sonra iyulun sonunda məşqlərə qayıtmalıdır”, – məlumatda deyilir.

Almaniya millisi iyulun 5-də Avropa çempionatının 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzub. Sane milli komandanın Avropa çempionatında keçirdiyi 5 oyunun hamısında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button