Almaniya millisinin “sükan”ı ona tapşırıla bilər
Almaniya Futbol Federasiyası (AFF) Yulian Naqelsmann gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmaqdan imtina edərsə, Yurgen Kloppun Almaniya milli komandasının baş məşqçisi postuna dəvət edilməsi variantını nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir ssenarinin baş verəcəyi təqdirdə, AFF Kloppla 2025-ci ildə müqavilə bağlayacağını bildirib:
“Almaniyalı mütəxəssis “Liverpul”dan ayrıldıqdan sonra istirahət etməyə vaxt tapacaq və komandanı 2026-cı il dünya çempionatına hazırlaya biləcək”.
Klopp Almaniya millisinə başçılıq etməzdən əvvəl yığmanı Naqelsmannın hazırkı köməkçisi Sandro Vaqner idarə edə bilər.
Klopp daha əvvəl bu mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin