
Almaniya millisinin sabiq futbolçusu Danimarkada klub aldı
Almaniya millisinin sabiq üzvü Fabian Ernst klub sahibi olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Danimarkanın 1-ci Liqasında çıxış edən “Naestved” klubunu satın alıb.
Ernst, yeni komandasında ilk hədəfinin Danimarka Super Liqasına yüksəlmək olduğunu deyib.
“Naestved” Danimarka 1-ci Liqasında 19 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.
Karyerası ərzində “Verder”, “Şalke”, “Beşiktaş” kimi klublarda forma geyinən Ernst, 24 dəfə də Almaniya millisinin uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin