Naqelsmann Almaniya millisinə bu futbolçuları dəvət etdi – SİYAHI

Almaniya millisi oktyabr ayında UEFA Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovina və Niderland yığmaları ilə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, milli komandanın baş məşqçisi Yulian Naqelsmann növbəti təlim-məşq toplanışına aşağıdakı futbolçuları çağırıb:

Qapıçılar: Oliver Baumann (“Hoffenhaym”), Yanis Blasviç (“Zalsburq”, Avstriya), Aleksander Nübel (“Ştutqart”);

Müdafiəçilər: Valdemar Anton, Maksimilian Mittelştat (“Ştutqart”), Benjamin Henriks, David Raum (“Leyptsiq”), Coşua Kimmix (“Bayern”), Robin Kox (“Ayntraxt”), Antonio Rüdiger (“Real”, İspaniya), Niko Şlotterbek (“Borussiya”, Dortmund), Conatan Ta (“Bayer”);

Yarımmüdafiəçilər: Robert Endrix, Florian Virts (“Bayer”), Kris Fyurix (“Ştutqart”), Paskal Qros (“Brayton”, İngiltərə), Camal Musiala (“Bayern”), Angelo Stiller (“Ştutqart”);

Hücumçular: Serj Qnabri (“Bayern”), Kay Haverts (“Arsenal”, İngiltərə), Tim Kleindienst (“Borussiya”, Münhenqladbax), Deniz Undav (“Ştutqart”).

Almaniya millisi oktyabrın 11-də Bosniya və Herseqovina, oktyabrın 14-də isə Niderlandla qarşılaşacaq. UEFA Millətlər Liqasında iki oyundan sonra Almaniya milli komandasının hesabında 4 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button