
Almaniya millisinin heyəti açıqlandı
Oktyabrdakı təlim-məşq toplanışı üçün Almaniya millisinə çağırılan futbolçuların siyahısı açıqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Yulian Naqelsmann milli komandanın toplanışına aşağıdakı oyunçuları dəvət edib:
Baumann, Dahmen, Nübel – Andrix, Anton, Baku, Braun, Kox, Raum, Şlotterbek, Conayan Ta – Kerim Adeyemi, Amiri, Qnabri, Qoretska, Jozua Kimmix, Levelinq, Nmeça, Pavlovic, Ştiller, Florian Virts – Beyer, Burkardt, Nik Voltemade.
Bu ay Almaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Lüksemburq (10 oktyabr) və Şimali İrlandiya (13 oktyabr) ilə görüşlər keçirəcək. Komanda ilk iki seçmə mərhələdə üç xal qazanıb. Naqelsmannın komandası Şimali İrlandiyaya 3:1 hesabı ilə qalib gəlsə də, Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.
Bizi Facebook-da izləyin



