Alman futbolçu “Çelsi”dən getmək istəmir

Almaniya millisinin futbolçusu Antonio Rüdiger İngiltərənin “Çelsi” klubu ilə müqaviləsinin müddətini artırmaq istəyir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi komandanın baş məşqçisi Tomas Tuxellə danışıb və komandada qalmaq istədiyini bildirib.

“Çelsi” ilə Rüdiger arasında hələ danışıqlar başlamayıb. “Zadəganlar” AÇ-2020-dən sonra müdafiəçi ilə danışıqlara başlayacaq.

Rüdigerin London klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button