Almaniya millisinin forvardı rəsmən “Fənərbaxça”da

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul nəhəngi Almaniya yığmasının “Verder”də çıxış edən hücumçusu Maks Kruzeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gələn həftə İstanbula gələrək tibbi müayinədən keçəcək almaniyalı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atacaq.

“Verder”in yetirməsi olan 31 yaşlı hücumçu karyerası ərzində “Sankt-Pauli”, “Frayburq”, “Borussiya” (Münhenqladbax) və “Volfsburq”da da çıxış edib. O, 2009-cu ildə tərk etdiyi “Verder”ə 2016-cı ildə qayıtmışdı. Almaniya yığmasında 14 oyun keçirən forvard 4 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button