Millinin baş məşqçisi “Qarabağ”ın rəqibinin futbolçusunu müdafiə etdi

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Liverpul”da çıxışı uğursuz alınan Florian Virtsi müdafiə edib.

Son vaxtlar İngiltərə klubunda istədiyi oyunu göstərə bilməyən 21 yaşlı hücumçu barədə mediada qışda icarəyə göndəriləcəyi barədə xəbərlər yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Naqelsmann, futbolçunu müdafiə edərək, onun üzərinə düşəni etdiyini bildirib:

“Virts hazırda İngiltərə Premyer Liqasında ən çox qol imkanı yaradan oyunçudur. O, üzərinə düşəni edir, sadəcə, digər futbolçular bu fürsətləri dəyərləndirə bilmirlər. Statistika onun əsl təsirini tam göstərmir. Virts sadəcə, Premyer Liqaya uyğunlaşmalıdır”.

Virts 2021-ci ildən Almaniya yığmasında çıxış edir. O, yayda Leverkuzen “Bayer”indən ayrılaraq “Liverpul”a qoşulub. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button