AÇ-2024: Almaniya millisinin üçüncü qapıçısı müəyyənləşib

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann AÇ-2024-ün heyətində zədəli qapıçı Bernd Lenonu əvəz edəcək futbolçu ilə bağlı qərar verib. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin qapısını “Bayern”in qolkiperi Aleksandr Nübel qoruyacaq.

Nübel icarə əsasında “Ştutqart”da çox yaxşı mövsüm keçirib və bunun sayəsində “Bayern”lə yeni müqavilə imzalayıb. 

Nübel Naqelsmannın qapıçı üçün üçüncü seçimi olacaq. İlk növbədə “Bayern”dən Manuel Noyer, daha sonra isə “Barselona”dan Mark-Andre ter Ştegen var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button