Almaniya millisində ciddi itki

Almaniya millisinin aparıcı üzvlərindən olan Coşua Kimmix məşq zamanı xəsarət alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun sağ topuq oynağında zədə aşkarlanıb.

“Bayern”in oyunçusu bu səbəbdən 2026-cı il dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığmasına qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək. Buna baxmayaraq, o, komandası ilə birgə səfərə çıxacaq.

Lüksemburq – Almaniya matçı sabah saat 23:45-də start götürəcək.

Almaniya millisi hazırda qrupda liderliyini qoruyur, Slovakiya yığması yalnız top fərqinə görə geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button