Almaniya millisində 2023-cü iilin ən yaxşısı açıqlanıb
“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Əmrə Can Almaniya millisində 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, azarkeşlərin 64,6 faizi Cana səs verib. Səsvermədə 2-ci yeri Dortmund “Borussiya”sının hücumçusu Niklas Fullkruq (11,7 faiz), 3-cü yeri isə millinin 2022-ci ilin ən yaxşı oyunçusu kimi tanınan “Bayern”in yarımmüdafiəçisi Camal Musiala (9,4 faiz) tutub.
2023-cü ildə Əmrə Can Almaniya millisində 6 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin