Almaniya millisində ciddi itki

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala qarşıdakı UEFA Millətlər Liqası matçlarında Almaniya millisinə kömək edə bilməyəcək.

Komanda.az “German Sky”-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu zədə səbəbindən Bundestimə kömək etməyəcək. Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Musialanın vəziyyətini nəzərə alaraq, komandaya “Ştutqart”dan Ceymi Levelinqi çağıracaq.

Almaniya millisi oktyabrda Millətlər Liqasında iki oyun keçirəcək. Naqelsmannın komandası Bosniya və Herseqovina (11 oktyabr) və Niderlandla (14 oktyabr) qarşılaşacaq. Almaniya yığması Millətlər Liqasının son iki turunda 4 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button