Almaniya millisi Noyerin xidmətindən məhrum oldu
Almaniya yığmasının və “Bayern”in qapıçısı Manuel Noyer yenidən zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, təcrübəli qolkiper millinin düşərgəsində zədələnib. Bu üzdən də onun klubun düşərgəsinə qayıdacağı açıqlanıb. Noyerin zədəsinin nə dərəcədə ciddi olduğuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Almaniya yığması martın 24-də Fransa, ayın 26-da isə Niderlandla yoxlama oyunlarında üz-üzə gələcək. Noyer bu oyunlarda iştirak edə bilməyəcək.
37 yaşlı qolkiper bu mövsüm 24 rəsmi oyuna çıxıb, 28 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin