Flikin taleyi 2 oyundan asılıdır
Almaniya millisi baş məşqçi Hans-Diter Flik ilə yollarını ayıra bilər.
Komanda.az “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin taleyi sentyabrda baş tutacaq yoldaşlıq görüşlərindən sonra məlum olacaq.
Komanda Yaponiya və Fransa ilə qarşılaşmalarda pis nəticə əldə etsə, Flik istefaya göndəriləcək. Yığma daha əvvəl Ukrayna ilə heç-heçə (3:3) edib, Polşaya 0:1, Kolumbiyaya isə 0:2 hesabı ilə məğlub olub.
Bu posta əsas namizədlər isə Yulian Naqelsmann, Oliver Qlasner və Mattias Zammerdir.
Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin