AÇ-2024: Naqelsmann qapıçı seçimini edib

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann komandanın qarşıdan gələn AÇ-2024-də iştirak edəcək əsas qapıçısı ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Bayern”in qapıçısı Manuel Noyer olacaq:

“Mark-Andre Ter Ştegenə dünya səviyyəli ikinci qapıçıya sahib olduğum üçün xoşbəxt olduğumu söylədim. Ancaq Noyer Avropa çempionatında əsas qapıçı olacaq”.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button