Almaniya millisi məşhur şirkətlə 70 illik əməkdaşlığa son qoyur

Almaniya Futbol Federasiyası (AFF) 2027-ci ildən Amerikanın idman geyim istehsalçısı “Nike” şirkətinin Almaniya millisinin formasının rəsmi tədarükçüsü olacağını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, Almaniya millisi “Adidas”la uzunmüddətli əməkdaşlığa son qoyacaq.

AFF-nin “Nike” ilə tərəfdaşlıq müqaviləsi 2034-cü il dekabrın 31-dək davam edəcək. Növbəti iki il yarım ərzində AFF müqaviləsi 2026-cı ilin dekabrına qədər olan hazırkı tərəfdaşı “Adidas”la işləyəcək.

“Gələcək tərəfdaşlıq AFF-yə Almaniyada futbolu inkişaf etdirmək üçün növbəti onillikdə əsas məqsədlər üzərində işləməyə imkan verəcək. 2026-cı ilin dekabr ayına qədər biz çoxdankı və hazırkı tərəfdaşımız olan “Adidas”la ortaq uğurumuz üçün çalışacağıq. Alman futbolunun 70 ildən çox müddətdən sonra ona böyük minnətdarlıq borcu var” – deyə, AFF-nin prezidenti Bernd Neuendorf bildirib.

Almaniya millisi ilə “Adidas” 1954-cü ildən əməkdaşlıq edir.

Mətbuatda yayılan xəbərlərə görə, “Nike” AFF-yə ildə 100 milyon avrodan çox pul ödəyəcək. Bu, hazırda onların “Adidas”dan aldıqları məbləğdən iki dəfə çoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button